Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Cinayət işində 33 zərərçəkmiş var.

"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar