Oş şəhəri türk dünyasının paytaxtı seçilib - 2019-cu il üçün...

«TÜRKSOY» beynəlxalq təşkilatı elan edib ki, 2019-cu ildə türk dünyasının mədəniyyət mərkəzi Qırğızıstanın Oş şəhəri olacaq.

OŞ şəhərinin özündə bu münasibətlə təntənəli mərasim keçirilib. Mərasimdə 20 türkdilli ölkədən olan yüzlərlə nümayəndə iştirak edib. Bayram münasibətilə Oşda yarmarkalar, əyləncəli tədbirlər və elmi-praktik konfrans keçirilib.

Türk dünyasının nöbəti mədəniyyət mərkəzi Özbəkistanın Xivə şəhəri olacaq.

Xəbər verildiyi kimi, bir il əvvəl Oş şəhəri estafeti Qazaxıstanın Türküstan şəhərindən qəbul edib.

1990-cı illərdə Rusiya tədqiqatçıları TURKSOY-a Ankaranın «pantürkist» təbliğatını türkdilli ölkələrə yayması istiqamətində bir alət kimi baxırdılar.

2015-ci ilin sonunda, Türkiyə və Rusiya arasında yaşanan siyasi böhran fonunda Rusiya Federasiyasının (RF) mədəniyyət naziri Vladimir Medinski Altay, Başqurdostan, Saxa (Yakutiya), Tatarstan, Tıva, Xakasiya respublikalarının başçılarına teleqram göndərərək, TÜRKSOY-la təmasları ləngimədən dayandırmağı tələb etmişdi. Bundan sonra, Tatarstandan başqa, digər respublikalar təşkilatı tərk etmişdi.

Hazırda TÜRKSOY-un saytında deyilir ki, həmin rusiyalı respublikalar, üstəlik də Qaqauzstan və Şimali Kirp Türk Respublikası (ŞKTR) təşkilatda müşahidəçi statusu ilə təmsil olunurlar.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar