Daxili işlər orqanlarında yeni təyinatlar - SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report” xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayevvə İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.

Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.

Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.

635x100

Şərhlər

Hesen muellim 2019-04-23 11:48:21

Sizin deyəsən başınız çatmır ay redaktor. Birazdan polis orqanlarında xadimə vəzifəsinə götürülənidə xəbər edəcəksiz. 10-11-ci dərəcəli məmur təyinatını niyə xəbər edirsiz ay .... ?

Son yazılar