300-dən çox şəxsin pensiyası aşağı məbləğdə hesablanıb

Azərbaycanda 300-dən çox şəxsin pensiyasının qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktı aşkarlanıb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi həmin şəxslərin pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılmasını təmin edib.

Eyni zamanda ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla 45 faiz artırılıb. Həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Bashirov Qarib 2019-04-23 12:20:51

Bu qəsdən edilən bir mexanizmdir.Muəyyən muddət keçəndən sonra, vətəndaşı çagırıb,aylarla yıgılmış məbləgi onun hesabına köçurə biləcəklərini və bunun da yarısını(bəzən tamamını)verməsini, bundan sonra aylıq pensiyalarının artırılacagını təklif edirlər.Yəni,biz bu işi görə də bilərik,razı deyilsənsə elə də qalsın. Yıgılan məbləg çox oldugundan vətəndaş da razılaşır.

Son yazılar