Bakıda piyadanı vurub öldürdükdən sonra qaçan sürücü tutulub

Dərc olunub: 23/04/2019 - 12:31

725cbec1225b774Bakıda piyadanı vurub öldürdükdən sonra qaçan sürücü tutulub.

“Report”un xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, aprelin 23-də paytaxtın Xətai rayonu, Neapol küçəsində 1972-ci il təvəllüdlü Babayev Aqil Zalış oğlunun idarə etdiyi “Audi A8” markalı, 10-SR-111 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Ağayev Şamo Firudin oğlunu vuraraq aldığı xəsarətlərdən sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində aprelin 24-də A.Babayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.












loading...


Fikrinizi bildirin