SPİKER AVROPA İTTİFAQI İLƏ SAZİŞİN DETALLARINI AÇDI - "Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub"

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.

S.Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir: “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar.”.

635x100

Şərhlər

fikrət 2019-04-23 12:34:26

bu oktay əsədovun moskva poblemi necə oldu ?

Hüquq NormaNəzarəti 2019-04-23 12:34:26

Aİnın Artsax(Qarabağ) "quyruqlu" sazişi işğalçıyla sənədli həmrəylikdir. İrəvanın Aİna qəbulu azmış kimi Bakı bu cinayətkar birliyə hərbi-qanlı işğala məruz xalqın sərvəti hesabına qaz layihəsi də çəkir?! Cənab Sədr Əsədovu və YAPçı Novruzovu bilmirəm? Mən sıravi Azərbaycan (və Avropa) vətəndaşı kimi Aİından Ermənistanla sazişini təxirə salmadan ləğv etməsini, BMTdən Qarabağı azad etməyən Ermənistanı öz siyahısından çıxarmasını qətiyyətlə rica edirəm. Milyonlarla insanın bu çağırışa qoşulacağına əminəm.

yalçın 2019-04-23 12:34:26

kimlərdir bunlar ölkə daxilində..nədən qorxub demir diputat..spikerinsə mustafa məsələsi nə oldu, qaldı Lazım gələnə?

Son yazılar