İTV-nin Yayım Şurasının 3 yeni üzvü müəyyənləşib – FOTO

Dərc olunub: 23/04/2019 - 14:35

785cbeccb05669eBu gün Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

ONA-nın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin adından Milli Məclisə daxil olan müraciətdə bildirilib ki, İTV Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş və üzv seçilmiş şəxslərin səlahiyyət müddətinin 19 aprel 2019-cu ildə başa çatması ilə əlaqədar, mart ayında keçirilmiş iclaslar nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Qeyd edilib ki, idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.

Məsələ səsverməyə çıxarılıb və İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.

Yusif

Qeyd edək ki, Yusif Babanlının namizədliyi deputatlar arasında xüsusi müzakirəyə səbəb olub. O, deputatların əksəriyyətinin səsi ilə (iclasda iştirak edən 107 deputatın hamısı lehinə səs verib) ilə 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

Xatırladaq ki, Y.Babalı həm də Azərbaycan Boks Federasiyasının İcrayyə komitəsinin üzvü və Təşkilat komitəsinin sədridir.

V.Nəsibov








loading...


Fikrinizi bildirin