“BU, XALQIN SƏRVƏTİDİRSƏ...” - Deputat qaz limitinin artırılmasını təklif edib

“Qaz limiti ən azı 3 min kubmetrə qaldırılmalıdır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, limitin ləğv olunması yox, artırılması lazımdır.

"AzPolitika.info"-nun məlumatına görə, deputat özünün "Facebook" statusunda mövqeyini belə əsaslandırıb: "Əhalinin müxtəlif təbəqələrindən aldığım şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu, xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir".

635x100

Şərhlər

Vətandaş 2019-04-23 16:15:35

Sağolun çox düzgün və kasıb təbəqənin xeyrinə olan təklifdi. Hazır ki limit havaların soyuq keçməsi ilə əlaqədar artıq qurtarıb.

Obyektiv 2019-04-23 16:15:35

Chox dogru, hetta gecikmish bir teKLifdir.. evveLa nece yani ehali uchun de "Limit mutLeqdir"?! Imkansiz ve orta tebeqe (bank, neqLiyyat ve bir sira suni qiymet artimindan) yukLenib, bununLa da daha yukLenirdi.. ALLaha Shukur bu servetLeri biz xaricden aLmiriq ve olke bashcisi da (oz ziyaLi dushuncesiLe) chaLishir ki, nedese sosiaL veziyyeti duzeLtsin.. amma bu tipLi sarsidici "proqramLar"in heveskar "mueLLifLeri" sanki, bundan qidaLanibLar!.. En azi ehaLi iLe q/ehaLi sektorunu qeti eyni tutmaq oLmazdi..

Oqtay 2019-04-23 16:15:35

SAğ ol.Ən düzgün variantdır Ləğv yox qoy 5-6 villalari olanlar baha alsınlar orta təbəqəya 3000-3400 m.kub bəs edər

vızz 2019-04-23 16:15:35

Fazil bəy! Qaz sovet dönəmində Lenin babanın idi, indi isə Heydər babnındır!! Xalqın payı isə şor-çörəkdir!!

Sakit 2019-04-23 16:15:35

Parlament xalqın deyil? Azərbaycan xaricə qaz ixracat etdiyi bir hlda Azərbaycabn vətəndaşı işlətdiyi qazın pulunu ödədiyi halda nə üçün limit qoyulmalıdır? Bir bunu düşünən deputatımız varmı?Bu nə limitbazlıqdır?

VƏTƏNDAŞ 2019-04-23 16:15:35

qaz limiti 1700 kubdan 2500 kuba.enerji limitini 300 dən 500 kvta qaldirilsa yaxşı olardı

vətəndaş 2019-04-23 16:15:35

Limitlər muqləqdir.Lakin enerji və qaz limitini 300 dən 500 ə qaldirmaq lazımdir

Son yazılar