"Əvvəlki kadrları divara vururlar..." - Aqil Abbas

“İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası yarananda İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaratdı. İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib. Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək. Bununla da əvvəlki kadrı divara vururlar”. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, İTV birdən-birə inqilab etməyib, bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır: “Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada, artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub, belə də davam edir”.

635x100

Şərhlər

Aqil Abbasa 2019-04-23 18:11:19

Aqil Abbas,hansı televiziya xalqın televiziyası olub?Niyə doğru demirsən? MRTŞ cddi bir qurum olaraq televiziya kanallarının işinə ciddi qarışdığı rast gəlinməyib.Kənardan adi tamaşaçı kimi olub.Bunu bu günkü televiziyanın vəziyyəti sübut edir.Bir stiqamətli xəbərlər,səviyyəsiz teleseriallar,müğənnilər,aparıcılar insanların mentalitetini,dünyagörüşünü.düşüncəsini korlamağa hesablandığını görmürsünüz? Bəs bunlara kim nəzarət etməli və qaydaya salmalıdır? Real düşüncə və ciddi münasibət bu sahəni günün tələb

miri 2019-04-23 18:11:19

Məmləkətdə televiziya kanalı yoxdur, mədh və şou məclislərinin təşkili idarələri var. İndi əhalinin yarıdan çoxu bunlara da baxmır. Siz nədən danışırsınız?

Son yazılar