Azərbaycanın aparıcı holdinqi kredit təşkilatı alıb

2013-cü ildən fəaliyyət göstərən “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.

“Report” xəbər verir ki, BOKT-un müvafiq olaraq 66,7%-lik və 33,3%-lik təsisçiləri Ramiz Eyvazov və Vüqar Dəmirov paylarını “AGA Group”a satıblar.

Alqı-satqıdan sonra maliyyə qurumunun yeni təsisçisi onun nizamnamə kapitalını 625 min manat və yaxud 1,67 dəfə artıraraq 1 milyon manata çatdırıb.

Xatırladaq ki, “AGA Group” 1994-cü ildən fəaliyyət göstərir. Bakıdakı “Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA Center”, “Ariana Business Park”, “Start Co-Working” kimi əmlaklar, “Ferrum Kapital” və “Caspian Audit” MMC-lər, “Da Vinci” və “Caspian Palace” otelləri, “Bravo Online Systems” informasiya texnologiyaları şirkəti, "Monte Ferro" aqroparkı adı çəkilən holdinqə daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar