Milli Məclisin sədri Qarabağda müharibəyə qarşı çıxdı - "Nə üçün çağırış etməliyik?!"

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

“Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?! Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər

Dağlıq Qarabağ geri qaytarıldıqdan sonra nə etməliyik? Ona görə də millət vəkilləri müharibə barədə çağırışlarla əlaqədar çıxışlar edərkən ehtiyatlı olmalıdırlar”.  - deyə, O.Əsədov qeyd edib.

635x100

Şərhlər

anar 2019-04-23 19:23:34

Goresen Oqtay Əsədov kimi milletine qenim kesilen ikinci adam var.

t.ədalət 2019-04-23 19:23:34

Oqtay müəllim bilmir ki,Dağlıq Qarabağda məskunlaşan erməni və kürd ailələri xaricdən gəlmədir?İkincisi,bizi qətl edən,Xocalı soyqırımını törədənlərə "Azərbaycan vətəndaşları" demək olmaz.Dövlətin üzünə ağ olanları bağışlamırlar.Bu ermənilər bizim-Azərbaycanın əsas milləti olan türklərin genetik düşmənləridir.Hamı bilir ki,onları Rusiya zorla xaricdən gətirib Qarabağda məskunlaşdırıb.Onlara vətəndaş demək üçün,gərək milli təəıssübkeşliyini itirəsən..

Hafiz Bayramo 2019-04-23 19:23:34

Ancaq bu ciddi işlərin 25 ildir nəticəsi he perspektivdə də görünmür.Spiker anlaya bilmir ki, zaman keçdikcə Qarabağ bizdən uzaqlaşır.

t.ədalət 2019-04-23 19:23:34

Oqtay müəllimin müharibə əleyhinə olan bu çıxışı.... onların Moskvadakı biznes "imperiyası"nın üstü açılandan sonra baş verdi. Görünür,Rusiya istədiyi adamı əlində olan dosyelər vasitəsi ilə istədiyi kimi danışdıra bilir..

Son yazılar