Özünü yandıran Qarabağ qazisinin həyat yoldaşı reanimasiyadan çıxıb

Prezident Administrasiyası qarşısında həyat yoldaşı ilə birlikdə özünü yandıran Qarabağ qazisi Elçin Salahovun müalicəsi davam edir.

5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alan Salahovların durumunda irəliləyiş var.

Bu barədə musavat.com-a məlumat verən E. Salahov bildirdi ki, hazırda hər ikisinin vəziyyəti normaldır: “Cənab prezidentin əmri ilə bizi burada çox gözəl müalicə edirlər. Allahın köməyi ilə tezliklə sağalıb evimizə, körpəmizin yanına qayıtmaq istəyirik. Hər şey yaxşıdır. Burada bizə necə lazımdırsa, qayğı göstərilir”.

Qarabağ qazisi onu da bildirdi ki, həyat yoldaşı artıq reanimasiyadan çıxıb, palataya köçürülüb, vəziyyəti stabildir.

Ailənin intihara cəhd etməsinə səbəb olan ev qalmaqalına gəlincə, E.Salahov ağrıları səbəbindən çox danışa bilməyəcəyini deyərək, məlumat verməkdən imtina etdi.

Xatırladaq ki, avqustun 13-də Qarabağ müharibəsi veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırmışdılar.

İntihar cəhdinə Sumqayıt Rayon Məhkəməsinin Salahovların evdən çıxarılması ilə bağlı qərarı səbəb olmuşdu.

Hadisəyə dərhal aidiyyatı qurumlardan reaksiya gəlmiş və ailənin müalicəsi təmin olunmuşdu.

Söz verilən ev məsələsinin həlli ilə bağlı isə hələlik məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar