Qazaxda 17 yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi
Baxiş sayı:
Dərc olunub:
23/04/2019 - 14:24
Qazaxda yetkinlik yaşına çatmayan şəxs qətl törədib.
Trend-in məlumatına görə, hadisə rayonun Çaylı kəndində internet klubun qarşısında baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Qocayev Məhərrəm Kamran oğlu internet klubun qarşısında şəxsi münasibətlər zəminində həmkəndlisi, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Subhan oğlunu üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.