BDU-nun professoru dünyasını dəyişdi

Dərc olunub: 23/04/2019 - 14:37

bdu_arif_muistafayev_230419Bakı Dövlət Universiteti Tarix fakültəsinin Arxeoloji və etnoqrafik tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru, professor Arif Mustafayev dünyasını dəyişib.

Trend-in məlumatına görə, A.Mustafayev 15 iyul 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində doğulub, 1956-cı ildə Qazax Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirib.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, ali təhsili 1961-ci ildə fərqlənmə diplomu ilə başa çatdırandan sonra Kürdəmirə tarix müəllimi göndərilib.

1965-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda “etnoqrafiya” ixtisası üzrə əyani aspirant olub.

1961-1963-cü illərdə orduda hərbi xidmətdə olub, 1964-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində senzor işləyib.

1968-1975-ci illərdə Tarix İnstitutunun etnoqrafiya şöbəsində kiçik elmi işçi işləyib. 1975-1978-ci illərdə İnstitutun nəzdində yaranmış Arxeologiya və etnoqrafiya sektorunda elmi katib, 1978-1979-cu illərdə baş elmi işçi vəzifələrində çalışıb.

1989-2001-ci illərdə BDU Tarix fakültəsi nəzdində Azərbaycanın Maddi Mədəniyyət tarixi ETL-in müdiri, 2001-ci ildən sonra BDU-nun Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!








loading...


Fikrinizi bildirin