İranın XİN-in başçısı ABŞ-a gedib

Dərc olunub: 23/04/2019 - 15:01

4a2e3918-2270-4b07-b5e8-f96edfc363d6İranın Xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 23-də ABŞ-a səfərə gedib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, Nyu-Yorkda BMT Baş Assambleyasının təşkil etdiyi “Beynəlxalq çoxtərəflilik və sülh üçün diplomatiya günü” adlı konfransa qatılacaq.

M.Zərifin Nyu-Yorkda bəzi müstəqil analitik mərkəzlərdə görüşlər keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, konfrans aprelin 24-də Nyu-Yorkda keçiriləcək.








loading...


Fikrinizi bildirin