“Türkiyədə bələdiyyə seçkiləri tam şəffaf şəkildə keçirildi” – Səfir

Dərc olunub: 23/04/2019 - 15:14

b52a6505-2397-4b77-8971-4b8ec2b0d27f“Türkiyədə keçirilən bələdiyyə seçkiləri xalqın fəal iştirakı ilə tam şəffaf şəkildə baş tutdu”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, seçkilərlə bağlı edilən etirazlara baxılır: “Hazırda seçki ilə bağlı həyata keçirilən bəzi etirazların dəyərləndirilməsi prosesi hələ də davam edir. Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçməsi hamımız üçün sevindiricidir”.










loading...


Fikrinizi bildirin