“Mançester Siti” rekord məbləğdə transferə hazırlaşır

İngiltərənin “Mançester Siti” klubu tarixinin rekordunu yeniləmək niyyətindədir.

ONA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi klub tarixinin ən bahalı transferini gerçəkləşdirməyə hazırlaşır.

Mançesterlilər yayda İspaniyanın “Atletiko” klubunda çıxış edən Rodrini heyətinə qatmağa qərar verib. Madrid təmsilçisi isə oyunçusunu 70 milyon avroya, yəni 61 milyon funt sterlinqə yaxın məbləğə buraxmağa hazırdır.

22 yaşlı yarımmüdafiəçi orta sahədə təcrübəli Fernandinyonu əvəzləməlidir. “Mançester Siti” bu transferi yeni mövsümün hazırlıqlarının startına qədər yekunlaşdırmaq fikrindədir.

İngiltərə klubunun ən bahalı transferi Riyad Mahrezdir. Ötən yay “Lester”dən transfer olunan futbolçu üçün 60 milyon funt sterlinq ödənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar