Mafiya liderləri İsçevrədə toplandı

Polisin gizli kamera ilə lentə aldığı yığıncaq Avropada geniş əks-səda doğurub

İtaliyan mafiya liderlərinin İsveçrədə keçirilən məxfi toplantısı və polisin həmin toplantını gizli kamera ilə lentə alaraq yayması Avropada böyük əks-səda yaradıb. Toplantıda iştirak edənlərin görüntüləri yayıldıqdan sonra italyan polisinin keçirdiyi əməliyyatlarda 16 mafiya üzvü həbs olunub.

Yayılan məlumatlara görə, İsveçrədə toplantı keçirən qrup “Ndrangheta” mafiya şəbəkəsinin üzvləridir. “Ndrangheta” mafiya şəbəkəsinin bütün Avropada “reketçilik”, heroin, kokain şəbəkəsinə nəzarət etdiyi bildirilir.

İsveçrənin Turqau Kantonundakı Frauenfeld şəhərində yerləşən bir restoranın salonunda toplanan mafiya liderlərinin gizli çəkilən görüntüləri mafiya dünyasının necə çalışdığına dair bəzi məqamlara aydınlıq gətirib. Mafiya şəbəkələri üzrə araşdırmaçı Stefani Oş bildirib ki, İsveçrə italyan mafiyası üçün mühüm ölkədir. İldə 20-30 milyard İsveçrə frankı miqdarında çirkli pul bu ölkənin banklarında yuyulur.

Polisin gizli kamera ilə lentə aldığı görüntülərdə Antonio F. adlı mafiya lideri cinayətkar qrupa yeni qatılan gənc üzvlərə belə deyir: “Cəngavərlər necə dəmir və zəncirlə baptizə (xaç suyuna çəkilmək) olundularsa mən də buranı elə edirəm. Bizim 1830-ci ildən bəri etibarlı olan qanunlarımız var. Hər kəs bu qaydalara uymaq məcburiyyətindədir. Hər yerdə iş var. Xərac, narkotika, heroin, kokain. Bunlar hər yerdə edə biləcəyiniz işlərdir. Mən heroini öz əllərimlə sizə verəcəyəm. Gündə 10-20 kiloqram verəcəyəm. Amma unutmayın, malı sizə təslim edəndən sonra mən artıq heç bir şey bilmirəm”.  /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar