"Liderlər arasındakı danışıqların səmərə verəcəyinə ümidvarıq" - Almaniya səfiri

"Dağlıq Qarabağ ətrafındakı mövcud status-kvo qəbuledilməzdir".

“Report” xəbər verir ki, bunu mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların gedişinə münasibət bildirən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.

Biz məsələnin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səyləri, həmçinin Anjey Kaspşikin fəaliyyətini dəstəkləyirik. Danışıqları maraqla izləyirik. Dövlət başçıları arasındakı danışıqların davam etməsinə və səmərə verəcəyinə ümidvarıq”, - almaniyalı diplomat qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar