Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşib

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası bəlli olub.

ONA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Müflisləşmə və iflas haqqında” qanuna təklif edilən yeni 10-1-ci (İflas haqqında iş üzrə məhkəmə baxışı) maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır.

İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidir. Ərizə eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə dərc edilməlidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar