Ukrayna Avropa Birliyindən hərbi kömək istədi

Ukraynanın Avropa Birliyindəki nümayəndəsi: "Kreml üçün heç bir sözün mənası yoxdur"

Ukrayna Avropa Birliyindən hərbi kömək etməyi xahiş edir.

Bu barədə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi Konstantin Yeliseyev danışıb. O bildirib ki, Avropa Birliyini 30 avqustda Ukraynaya görə Avropa Şurasının fövqəladə sessiyasını keçirməyə çağırırıq.

"Ukrayna və Avropa İttifaqı bu müharibəni dayandırmalıdır. Həmrəylik mütləq və şübhəsiz olmalıdır. Qətiyyətli və əhəmiyyətli sanksiyalar həyata keçməlidir. Həmçinin, Ukraynaya hərbi təcavüzün dayanması üçün bizə genişmiqyaslı hərbi və hərbi-texniki kömək edilməlidir".

Konstantin Yeliseyev xatırladıb ki, fevralda Rusiyanın hərbi təcavüzü başlayandan sonra Avropa Birliyi Ukraynaya görə 11 qərar qəbul etdi. Amma bu addımlar heç bir nəticə verməyib: "Bu, anlamaq üçün kifayət deyilmi ki, Kreml üçün heç bir sözün mənası yoxdur?",- deyə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi söyləyib.  /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar