«Şri-Lankadakı terror Yeni Zelandiyadakı hücumla bağlıdır» - Nazir

Şri-Lankanın müdafiə və kütləvi informasiya vasitələri (KİV) naziri Ruvan Vicevardene bəyan edib ki, bu ərəfədə ölkədə baş vermiş qorxunc terror aktarı Yeni Zelandiyada məscidə edilmiş silahlı hücuma cavab olub.

Kilsə və otellərdə törətdikləri partlayışlarla ekstremistlər müsəlmanların düşməni tərəfindən qətlə yetirilmiş 50 nəfər dindaşlarının qisasını almış olublar. Bu barədə «News 1st» telekanalı xəbər verib.

«İlkin araşdırmalar göstərib ki, ölkədə hücumlar yerli ekstremistlər tərəfindən Yeni Zelaniyadakı Kraystçerçe məscidində baş vermiş terror aktına cavab olaraq törədilib» - deyə, nazir bildirib.

O, həm də qeyd edib ki, hücumlara görə məsuliyyəti «National Thowfeek Jamaath» təşkilatı daşıyır. Təşkilat ölkədə bu gunə qədər qadağan olumayıb.

Son məlumatlara görə, Şri-Lankada törədilmiş terror aktının qurbanlarının sayı 231 nəfərə çatıb və getdikcə artır. Yaralıların bir çoxu xəstəxanalarda ölür.

635x100

Şərhlər

oxucu 2019-04-23 17:16:15

döymə taxda qapımı,döyərəm dəmir qapıvı.

Son yazılar