BBC Malayziya təyyarəsini Qarabağda vurulan Mi-8 helikopteri ilə müqayisə etdi

BBC Malayziyanın MH17 təyyarəsinin taleyini Qarabağda vurulan Mi-8 helikopteri ilə müqayisə edib

Nüfuzlu BBC şirkətinin dünyanın 200-dən çox ölkəsinə yayımlanan “Outlook” verilişi Ukraynada vurulan Malayziyanın MH17 təyyarəsinin taleyini 1991-ci il noyabrın 20-də Qarabağın Xocavənd rayonu ərazisində vurularaq yerə salınan Mi-8 helikopteri ilə müqayisə edib.

Qarakənd faciəsində atasını itirən və bu hadisələri araşdıran “Sülh missiyası” və “Sülh missiyası-2” filmlərinin müəllifi azərbaycanlı jurnalist Sevinc Osmanqızı Malayziya təyyarəsində olduğu kimi, Qarabağda da Azərbaycanlı müstəntiqlərin əraziyə buraxılmasında yaşanan problemlərdən danışıb.

Sevinc Osmanqızı helikopter faciəsinin Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh razılaşmasından 2 gün əvvəl baş verdiyini vurğulayıb.

BBC-nin aparıcısı Metyu Bannister məhz vertolyot faciəsindən bir neçə gün sonra Azərbaycanla Ermənistan arasında müharibənin başlandığını deyib.

“Atamın vertolyotu vurulub” adlanan veriliş BBC-də 2 gün ərzində 3 dəfə yaymlanıb. /modern.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar