Ukrayna MSK prezident seçkisi ilə bağlı yekun nəticələri açıqlayıb

Ukrayna Mərkəzi Seçki Komissiyası aprelin 21-də keçirilmiş prezident seçkisinin ikinci turunun yekun nəticələrini açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Petro Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bületenlərin 2,31 faizi də etibarsız hesab olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar