ABŞ İranı Hörmüz boğazında gəmiçiliyi təmin etməyə çağırıb

ABŞ Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyi təmin etməkdə qətiyyətli olduğunu bəyan edib.

ONA xəbər verir ki, bu haqda Reuters agentliyinə ABŞ Dövlət departamentindən bildiriblər.

Vaşinqton Tehranı enerjidaşıyıcıların nəqli azadlığına hörmətlə yanaşmağa çağırıb.

Öncə İslam İnqilabi Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Əlirza Tənqsiri bəyanatla çıxış edib.

Onun sözlərinə görə, İran neftinin ixracına qadağa qoyulduğu təqdirdə ölkənin hərbi qüvvələri Hörmüz boğazını bağlayacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar