VERGİLƏR NAZİRLİYİNİN MİSALINA MİSALLA CAVAB -  “Kölgə iqtisadiyyatı” mövcud olduqca...

Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkar niyə narazılıqla qarşlayır?

“AzPolitika.info”-nun ötən saylarının birində Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mikro və sahibkarlıq subyektlərinin vergi yükünü artırdığına dair məqalə dərc olunmuşdu. Buna cavab olaraq, Vergilər Nazirliyi yayımladığı rəsmi açıqlamada müxtəlif misallarla yazıda göstərilənlərin əksini sübut etməyə çalışdı.

Mikro sahibkarlar üçün vergi yükü ildən-ilə niyə artır?

“Marja”nın məlumatına görə isə həqiqətən də, işçisi və dövri xərcləri olan bir qrup mikro sahibkarlar üçün vergi yükü azalıb. Ancaq digər tərəfdən, Azərbaycanda ofisi, işçisi və digər mütəmadi xərcləri olmayan, öz evindən və obyektindən işləyən minlərlə sahibkarlar var. Bu sahibkarlar üçün bu ildən vergi yükü artıb. Məsələn, Şəhriyar Məmmədzadə (ad şərtidir) peşəkar proqramçıdır. O, Şirvan şəhərindəki evindən çalışaraq şirkətlərə veb sayt hazırlayır. Fərdi sahibkar olan Şəhriyar Məmmədzadə əhaliyə deyil, şirkətlərə xidmət göstərdiyindən 2019-cu ildən gəlir vergisi ödəyicisidir. Şirkətlər də Şəhriyara xidmət haqqını köçürmə yolu ilə həyata keçirir, bu zaman elektron qaimə də tələb edirlər.

Şəhriyar Məmmədzadə ay ərzində 3 veb sayt hazırlayaraq təhvil verə bilir. O, 1 veb saytı 1500 manata hazırlayaq ayda 4500 manat, həmçinin əvvəllər hazırladığı saytlara texniki xidmət göstərərək əlavə 1500 manat da gəlir əldə edir. Şəhriyar Məmmədzadənin aylıq gəliri 6 min manat, rüblük gəliri isə 18 min manatdır.

Ötən il sadələşdirilmiş vergi ödəyicisi olan Şəhriyar Məmmədzadə dövriyyəsinin 2%-i məbləğində (sadələşdirilmiş vergi Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlar üzrə 2% idi), yəni rübdə cəmi 360 manat vergi ödəyirdi: 18000 x 2% = 360 manat.

1 Yanvar 2019-cu il tarixindən isə Şəhriyar Məmmədzadə gəlir vergisi ödəyicisidir. Azərbaycanda gəlir vergisinin dərəcəsi 20%-dir. Lakin mikro sahibkarlıq subyektlərinə gəlir vergisinin 75 faizi güzəşt edildiyindən, 20 faizin qalan 25 faizini, yəni gəlirlərinin cəmi 5 faizi qədər vergi ödəyirlər.

Qanuna görə, xərclər çıxıldıqdan sonra qalan gəlirin 5%-i dövlət büdcəsinə ödənilir. Bəs sahibkarın xərci yoxdursa necə?

Şəhriyar Məmmədzadəyə veb-sayt hazırlaması üçün bir kompyuter kifayət edir. Yəni, bir kompyuterdir, bir də özü. Şəhriyar kompyuteri ən azı 5 il istifadə edir. Ona ildə 2 ədəd “mışka” lazım olur, vəssalam.

Rüb ərzindəki 18 min manat Şəhriyarın xalis qazancıdır. Xərci olmadığından Şəhriyar 2019-cu ildən hər rüb 360 manat deyil, 900 manat vergi ödəməyə məhkumdur (18000 x 20% x 25% = 900 manat). Onun üçün vergi az qala 3 dəfə artıb.

Əgər Şəhriyar Məmmədzadə Bakıda fəaliyyət göstərsəydi, onun vergi yükü 4%-dən 5%-ə, məbləğ olaraq rüblük 720 manatdan 900 manata qalxardı. Bu gün, proqramçı, dizayner, tərcüməçi, vasitəçilik və s. xidmətlər göstərən minlərlə sahibkarlar demək olar ki, xərcsiz fəaliyyət göstərirlər. Bu qrup şəxslər üçün vergi yükü xeyli artıb. Ümumiyyətlə, Azərbaycanda mikro sahibkarlar üçün vergi yükü ildən-ilə artır. Artıq 1% nağdlaşdırma vergisi daxil, cəmi vergi yükü 6%-ə çatır.

Sahibkarların digər bir problemi xərclərini rəsmi xərc kimi göstərə bilməmələridir. Məsələn, kiçik sahibkar “Sədərək” ticarət mərkəzində bəyəndiyi ofis mebelini aldıqda ona xərc sənədi təqdim edilmir.

Rəsmiləşdirmə tələb edildikdə, ofis mebelinin qiyməti 600 manatdan 1000 manata qaldırılır. Ofis mebeli satıcısı alıcıdan əlavə 400 manat almaqla vergini və rəsmiləşdirmə xərclərini alıcının üzərinə qoyur. Belə olan halda, mebeli sənədsiz nağd almaq sahibkar üçün daha sərfəlidir.

“Hansı halda mən çox vergi ödəyirəm?!”

Tərcüməçilik fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Emil Quliyev “Marja”ya yazıb ki, onun üçün də vergi yükü artıb: “Məsələn, 4% sadələşdirilmiş vergi olan zaman, 3 ayda qazandığım cəmi 1000 manat gəlirin 4%-i 40 manat edirdi. İndi gəlir vergisinə keçdiyimdən 1000 manat ümumi gəlirin 20% vergisi 200 manatdır və bu verginin 25%-ni ödəyəndə 50 manat edir. Xahiş edirəm desinlər, hansı halda mən çox vergi ödəyirəm: əvvəl yoxsa indi?

Vergilər Nazirliyinin rəsmiləri xərclərin çıxmasını böyük vəchlə, həyati əhəmiyyətə malik fürsət kimi təsvir edirlər. Mən tərcüməçiyəm. İndi söyləyin görüm, mənim hansı xərclərim ola bilər? Mən gedib xarici vətəndaşın yanında dayanıb tərcümə edirəm. Mən hansı xərcləri çəkirəm? Yoxsa avtobusa gediş və gəliş üçün ödədiyim 60 qəpik? Bunun rəqəmə böyük təsiri var? Yoxsa nahar xərci hesablanmalıdır? Naharı da mən əcnəbi qonağın hesabına edirəm. Olmayanda heç nahar etmirəm.

Sizcə, “xərclərinizi çıxın, verigi yükü azalacaq” arqumenti məhz mənim kateqoriya insanlara gələndə qəribə deyilmi? 195 zəng edib bunu izah edəndə, cavab olaraq mənə deyirlər: “Müəllim, başqa sualınız var?”

Yəni, heç cür iddia etmək olmaz ki, vergi yükü azalıb. Sizcə, 40 manat əvəzinə 50 manat ödənildikdə, vergi yükü artır yoxsa azalır? Üstəgəl, bankdan nağdlaşdırma xərci 1% və bankın 0.5% komissiyası”.

Çanaq yenə sahibkarın başında sınır

“AzPolitika.info” olaraq, bir daha vurğulamaq istərdik ki, nazirliyin gətirdiyi misallar və arqumentlər əksər sahibkarların real vəziyyətini əks etdirmir. Çünki Azərbaycanda “kölgə iqtisadiyyatının” hələ də kifayət qədər böyük miqyasda olması xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin öz xərclərini olduğu kimi rəsmiləşdirməsinə imkan vermir. Yəni ki, ölkə iqtisadiyyatının şəffaflıq səviyyəsi hələ də arzu olunanın çox-çox altındadır.

Bu səbəbdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisi ödəyicisinə çevrilməsi onların vergi yükünü böyük həcmdə artırmış olub. Eyni zamanda həm kassa aparatından istifadə etməklə satış, həm də digər vergi ödəyicilərinə xidmətlə məşğul olan (bank hesabına pul köçürülən) kiçik sahibkarın hansı tip vergi ödəyicisi kateqoriyasına aid edilməsi, necə hesabat verməsi məsələsi də açıq olaraq qalır. Və bu cür ziddiyyətli, reallığa uyğun olmayan, tətbiqi ciddi çətinliklər yaradan məqamlar məcəlləyə edilmiş son dəyişikliklərdə kifayət qədərdir.

Bütün yuxarıda qeyd olunan səbəblərdən, xüsusilə də sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisi ödəyicilərinə çevrilməsinə dair dəyişiklik tələsik atılmış addım təsiri bağışlayır. Çünki doğrudan da real sektordakı hazırkı durum hələ şəffaflaşdırma istiqamətində daha çox addımlar atılmasını tələb edir.

Ona görə də, “kölgə iqtisadiyyatınının” xüsusi çəkisi minimuma endirilməyincə, inhisarçılıq, məmur oliqarxiyası və s. bu kimi problemlər həll olunmayınca belə “eksperimentlərin” xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin üzərində aparılması, yəni bir növ “çanağın onların başında sınması” sahibkarlar tərəfindən ciddi narazılıqla qarşılanacaq, necə ki qarşılanır da.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Geber 2019-04-24 18:22:21

Kolqa iqtisadiyyati xow xassali wiwlardir , onunla mubariza qolcamaqlarla mubarizanin astar uzuna , acliqa yol acacaq yazmaqla xasislitimdan ardini yazmiram , belaki ilk dahrimdan yaziram ,ki bizlarda va ruslarda anadanqalma iqtisadiyyatin nabzi haqda anlayiw yoxdur yazmaq sadalohlukdur , bizda bu haqda bilqi olmasi anadanqalma mumkunsuzdur. Qonaq qaldi kanda ,damdan adaxurreyla uc qoyarcin tutdu , qordum ,ki hamin dama bir il quwlar qalmadi. Fazildan sonra ,bur natica cixmadi , indida ucan quwlari qovuruq

Aslan Gasimov 2019-04-24 18:22:21

Salam .olmaz ki,xaricdeyi kimi QR pay vasitesi ile odenish edilsin??kecen defe xingal yemeye getdim deyirem ksrtla odeyirem deyir onda senden 10 azn deyil 11 azn goturecem ??bu hansi qanunda yazilib ??yoxsa qanunlar sadece oxumag ucundur ??

iqtisadçı 2019-04-24 18:22:21

Kölgə iqtisadiyyatını əllərində imkanı,vəzifəsi olanlar yaratdığından onunla mübarizə indiki şəraitdə mümkünsüz görünür.Azərbaycanda itisadiyyatın açarı bir qrup yuxarı vəzifə sahiblərində,cüzi hisssi deputat və icra başçılarında olduğu gizli deyil.Belə halda hansı mübarizədən danışmaq olar?M.Cabbarovun isə onlara gücü çatmaz və ya özü istəməz.Odur ki, nə qədər Azərbaycanda səbəst iqtisadiyyat yoxdur,hər sah müəyyən əllərdədir,bunun mənası olmayacaq.

Samir 2019-04-24 18:22:21

Məqalənin müəllifi ilə tam razıyam. Onun gətirdiyi misallara baxanda vəziyyətin necə acınacaqlı olmasını görürsən. Hər sahədə belədir. Buda ölkədə aparılan kadr siyasətinin tam səhv olmasıdır.

vuqar 2019-04-24 18:22:21

Gəlir vergisi aztəminatıə ailələri nəzərə almalıdir.14 faiz gəlir vergisi 500-600 manat olanlarla 7 faizə endirilməlidir.Ölkədə minimal əmək haqqi 180 manatdır.Bu çox aşağıdir.ONA görə də 100 manatdan yuxari əmək haqqi dondurulmalı.minimum əmək haqqi ən azı 300 manata çatdirilmalıdir.MİNİMUM ƏMƏK HAQQİNİ ARTİRA BİLMİRLƏRSƏ ONDA gəlir vergisi aşaği maaş alanlar üçün azaldilmalıdir

Həsənov R 2019-04-24 18:22:21

Vergi ödəyicisinə gələn aydın olmayan şablon cavab məktubu ilə əlaqədar etibarnamə ilə Nərmanovda olan xidmət mərkəzinə getmişdim.Növbə cəkib 3 saatdan cox gözləyəndən sonra mənə bildirdilər ki,məktubda cavab yazılıb.Özümə söz verdim ki,bundan sonra nə məktub olsa Vergilər Nazirliyinə gedəcəm.

Adam 2019-04-24 18:22:21

Mikayıl Cabbarovun başı ilə bundan da betər qanublar çıxacaq.Təhsili aglar qoyan vergini betər edəcəkdi də.

Geber 2019-04-24 18:22:21

Cənab Nazir , əğər ğörursüzkü verğini necə yiğmaq hada : tənqidcilərinin də praktik biliyə malik deyillərsə , deməli burada realliq şeytan əməli talein tərs qanununun hökmü altindadir. Siz bir il verğini toplaya bilərsiz , lakin bilməzsiz , ki Fazil məmmədovun qaşidiqi vaxtinda tərk etdiyi qazani ikinci dəfə qaşimaq zorundasiz , özünüz üybi yox , dövlətə ziyan vurmaqi dayandirin , Sizlərdən tələb edənlərdəndə . Verği və iqtisadiyyat mühərrikləri haqda hec ruslarin da türklərində başi cixmamasi faktdir

Maşinist 2019-04-24 18:22:21

Vergi Məcəlləsindən təkçə bir "güzəşt" maddəsini göstərəcəm sübut üçün.Azpolitika vergiçilərin qəzzəbinə tuş gəlməmək üçün verməz bu şərhi,amma qoy özləri də olsa oxusunlar."199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır."Azərbaycanda bu nəqliyyat növləri var ki,azad da olsunlar?Rusiya qanunlarından köçürüblər.Amma "güzəşt"sayı artır.Eksperiment üçün VN rəislərininin birinə bir dönərxana verəsən,görək özlərinin yazdığı ilə işlədə bilərmi

kamran 2019-04-24 18:22:21

VERGİLƏR NAZİRLİYİNİN YÜRÜTDÜYÜ SİYASƏT YALNIZ MONOPOLİZMİN İNKİŞAFINA XİDMƏT EDİR!

Ceber 2019-04-24 18:22:21

Verğiyə verğisiz tövsiyyəmi səxavətimdən catdiriram . SSSRİ kimi zamanina ğörə məğlubedilməz ideyasina vaxtinda praktik düzəliş olmadiqindan cökdü. Verği məhfümü SSSR-i ideyasinin astar üzü kimi , insanin istismar olmaqla kölə olmaq instinktinə cavab verirsə də, belə lakin düzəliş olmadiqindan tərs damaridir. İnsan atasinada verği ödəmək istəmir o ki qaldi dövlətə . Bu verğini almaqin yollari kecmiş SSSRİ məkaninda doğulan və verğidə işləyən insanlarin ağlina siğan düstur deyil . ardi var.

EJDER 2019-04-24 18:22:21

HA HA HA BU LAP ANALOQU OLMAYAN INKIWAFDU...KEYF ELEYIN

Vergi ödəyicisi 2019-04-24 18:22:21

Belə getsə xaos yaranacaq.sonra da başını ayağını tapa bilməyəcəklər. Kameral yoxlama adı ilə heç olmayan şeyləri yazıb göndərirlər.Zəng edib soruşuruq ki bu niyə belə yazılıb deyirlər proqram yazıb. proqram yazırsa siz nə iş görürsüz.Mən bir vergi ödəyicisi kimi deyə bilərəm ki vergi işçiləri vergi ödəyicilərin bütün hesabatlarına,daxil olan ƏDV məbləğlərinə,aldığı və satdığı mal -materiala baxa və görə bilir. hal hazıda DSMF hesabatlarına,işçi sayına və fəaliyyətinə. səyyar vergi yoxlaması kimə lazım

Vergi ödəyicisi 2019-04-24 18:22:21

Hörmətli Azpolitika, yazar Cəlal Məmmədov çox sağ olun ki aktual bir məsələ haqqda yazı dərc edirsiz. Hal hazırda biz vergi ödəyiciləri çox əziyyət çəkirik.1. 195 çağrı mərkəzi demək olar ki işləmir.zəng edirik 2 saat gözləyirik.2.Şəxsi vərəqədə bölüşdürülməməş vəsait olduğu halda bank hesabəna sərəncam qoyulur bu da sahibkara işləməyə maneçilik tərədir. Dəfələrlə yazırıq, 195-ə zəng edirik nəticə yoxdur. Hesabatların göndərilməsində çətinliklər yaranır.Verginin işi peşəkarlara tapşırılmalıdir.

ekspert 2019-04-24 18:22:21

Çox qəribədir, Vergilər Nazirliyinin sadələşdirmişdən ƏDV-yə keçid mexanizmi yoxdur.Deyək ki, məlum məbləği keçən sahibkar ƏDV ödəyicisi olduqda fəaliyyətinin əvvəlindən ƏDV ödəyicisi kimi qeydiyyata durmağa məcbur edilir, nəticədə bütün hesabatlar qarışdırılır, başağrısını sahibkar çəkir.Sadələşdirilmiş vergi ödəyicisinin idxalda ödədiyi ƏDV, ƏDV vergi ödəyicisi kimi qeydiyyata düşdükdə əvəzləşməyə qəbul edilmir.Sahibkar ƏDV-yə hesablanmış ƏDV ödəməyə məcbur edilir.Bu soyğunçuluqdur!

Vergi Ödəyicisi 2019-04-24 18:22:21

Mən Azpolitikadan xahiş edərdim ki, bütün bu vergi haqqında yazılan iradları Vergilər nazirliyinə çatdırsın.Ola bilər ki, onlar bizim kimi Azpolitikanın oxucuları deyil. Həqiqi mənada indi vergidə çox çatışmamazlıq var. Vergi dövlətin onurğa sütunudur. Biz hamımız dövlətin əsgərləriyik.

Vergi ödəyicisi 2019-04-24 18:22:21

Bu yaxınlarda MDB ölkələrindən birində idim.Bir özəl müəsisənin baş mühasibi ilə söhbət elədim. onların iş prinsipi ilə tanış oldum.onlarda vergi işçiləri gəlirlər müəsisəyə ancaq kömək məqsədi ilə.Soruşurlar ki ,nə çətinliyiniz var.Əyər hər hansı bir müəsisənin başqa bir müəsisəyə borcu varsa vergi işçiləri onu yerındəcə həll edirlər və ya vergi idarəsi ilə müəsisənin çətinliyi varsa onu da tez bir zamanda həll edirlər.Dedi: А как у вас ? Dedim bizdə də belədir. Bizdə vergi işçisi əzrayıl kimi gəlir

VERGİ ÖDƏYİCİSİ 2019-04-24 18:22:21

Biz çox xahiş edirəm Cənab nazir Mikayıl Cabbarovdan,aylarla davam edən səyyar vergi yoxlamalarına nəzarət etsin.Niyə bu yoxlamalar aylarla bəzən də illərlə uzanır.Axı bu vəziyyət sahibkarlara nəyinki zərbə vurur,onların evini yıxır.bu vəziyyətdə sahibkar məcbur olur işini dayandırır, bu da işsiz qalan xalqa zərbədir. Sahibkar razıdır ki,buraxdığı səhvə görə cəriməni ödəsin.ancaq bu kimlərisə qani etmir.Keçmişi unutmaq istəmirlər.çünkü onlar vergiyə elə belə gəlmirlər.Yazıqdir bu xalq

vergi ödəyicisi 2019-04-24 18:22:21

Vergidə nə baş verir

resid 2019-04-24 18:22:21

Eks vergiciyem. Vergi mecellesini deyisende vergi öreyicisini xeyirine ve onun inkisaf etmesine serait yaradilmalidir. EDV nin illik mebleginin 200 minden 500 mim manata qaldirin vessalam görun nece gözel olar. Könullu vergi ödeyenlerin sayi derhal artacaq hec bir vergi nezareti olmadan.

Adam 2019-04-24 18:22:21

Təhsil Nazielitində də 146 işləmir.adamı ələ salırlar.bu ənənə ni MikYıl Cabbarov qotub.orxan sa øzüylē Vergilər Nazirlinə daşıyıb.kadrları olan dost tanışını daşıdıgı kimi.Misie müəllimin vaxtında hēr 6 cı gün yəni şənbə akt zalında açıq qapı günü idi.nazirin və bütün idarə rəislərinin iştirakı ilə.indi nazir nədir nazir müavini nədir heç sektor müdirlērinin də qəbukuna düşmək olmur.EYNƏN BELƏ VƏZİYYƏT İNDİ VERGİLƏR NAZİRLİYİNDƏDİR. Hamı bezib.inşəallah bir gün cənab Prezident buna son qoyar.

Son yazılar