UNEC-ni “İqtisadiyyat” fakültəsində elmi seminar keçirilib - FOTOLAR

23 aprel 2019-cu il tarixdə UNEC-in “İqtisadiyyat” fakültəsində elmi seminar keçirilib. Seminarı fakültənin dekan müavini dosent E.Eyvazov açdı.

Sonra seminarda “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti Müzəffər Məmmədov “Dünya bazarında Azərbaycanın ixrac istiqamətlərinin qiymətləndirilməsi” adlı mövzusunda çıxış etdi.

O, çıxışında dünya ticarətində baş verən meyllər, Azərbaycanın dünya bazarında mövqeyi, xarici ticarətinin vəziyyəti, Azərbaycanın ixrac kvotası barədə məlumat verdi. Həmçinin ixracın coğrafiyası, əmtəələrin strukturu, iqtisadi inteqrasiya imkanlarından danışdı.

Daha sonra dünya ölkələri üzrə Azərbaycanın mövcud ixrac istiqamətlərindən bəhs etdi.  2030-cu ilə qədər ölkələr üzrə Azərbaycanın ixrac istiqamətlərinin təklif edilən proqnozlarını açıqladı.

Eyni zamanda Azərbaycandan məhsul ixracının artırılması üzrə əsas hədəflər və ixrac istiqamətləri barədə geniş məlumat verildi.

Çıxışdan sonra “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor M.Əhmədov, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, professor İ.Kərimov və “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti A.Mehtiyev və başqaları mövzunun aktuallığını qeyd edərək, bu sahədə son zamanlar dövlətin həyata keçirdiyi tədbirlər haqqında öz fikirlərini bildirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar