“RAMİZ MEHDİYEV BEL SÜTUNLARINDAN BİRİDİR...” – “Hakimiyyət daxilində susqun müxalifət ola bilər”

“Nə qədər ki, Moskva bu işdə hökm-fərman sahibidir, irəliləyişin əldə edilməsi mümkün olmayacaq”

Siyasi şərhçi, sabiq dövlət müşaviri Qabil Hüseynlinin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Qabil müəllim, Prezident İlham Əliyev ciddi islahatlar niyyətini elan edib, bəzi mühüm addımlar da atılıb. Prosesi necə dəyərləndirirsiniz, islahatlar davam edəcəkmi?

- Prezident ətraflı islahatlar kursu götürüb, xüsusilə struktur, kadr islahatları həyata keçirir. İdarəetmə aparatının təkmilləşdirilməsi, onun daha çevik olması üçün fundamental addımlar atır. Demək olar ki, aparılan islahatlar köklü islahatlardır və ciddi dəyişikliklərə istiqamətlənib. Həm icraedici orqanlar, icra aparatının strukturunu dəyişdirir, orada çalışan kadrlara diqqət edilir, həm məhkəmə islahatlarına başlanmasına dair anonslar verilməkdədir. Belə görünür ki, Prezident İlham Əliyev sovet dövründən qalma idarəetmə sisteminin hamısını dəyişib müasirləşdirmək və Avropa standartlarına uyğunlaşdırmaq niyyəti güdür. Bu islahatlar başa çatdırılsa Azərbaycanı postsovet məkanı kimi adlandırmaq çətin olacaq. Biz, artıq Avropa standartları əsasında formalaşan müasir Avropa dövləti kimi təqdim ediləcəyik. Mən bunu deyərkən məhkəmə islahatlarının keçirilib başa çatmasından sonrakı mərhələni nəzərdə tuturam. Yəni, idarəetmənin mahiyyətinin, stilinin, kadr aparatının dəyişdirilməsi müsbət addımlar olacaq.

- Bu islahatların davamı olaraq vaxtından əvvəl parlament seçkiləri keçirilə bilərmi? Nəzərə alsaq ki, xeyli vaxtdır növbədənkənar parlament seçkiləri ideyası gündəmdədir...

- Bu islahatların nəticəsi kimi parlament islahatları da həyata keçirilməlidir. Birincisi, parlamentin tərkibi peşəkarlardan ibarət olmalıdır. Fikrimcə, parlament seçkiləri gündəmə gələ bilər. Mümkündür ki, yeni Seçki Məcəlləsi hazırlansın və ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırılsın. Deputat yerlərinin sayının artırılması da gündəmə gələ bilər. Məsələn, 125 deyil, 150 deputat yerinin müəyyən olunması. Həmçinin, majoritar və proporsional seçki sisteminin qarışıq tətbiq edilməsi də gündəmə gələ bilər. Eyni zamanda parlamentin səlahiyyəti haqqında da düşünmək olar. Postsovet məkanında bəzi parlamentlər haqqında deyirlər ki, nazirliklərin verdiyi qanunları təsdiq edən notarial kontora bənzəyir. Əslində parlament qanunları işləməli, hazırlamalı, qanunvericilik təşəbbüsündə olmalı, eyni zamanda həmin qanunlar üzərində çalışmaq keyfiyyətinə malik olmalıdır. Bir sözlə, ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və işlənməsi birbaşa parlament və onun deputatlarının üzərinə düşməlidir. Üstəlik, parlamentin səlahiyyətləri də müəyyən qədər artırılmalıdır. Bu səlahiyyətlər içərisində hökumətin təşkili işində parlamentin rolunun artırılması, həmçinin büdcə təsdiqi məsələsində parlamentin rolunun bir qədər də artırılması məsələsi ölkə idarəçiliyinin Avropa standartlarına yaxınlaşdırılmasına töhfə verə bilər.

Amma mən parlament islahatları deyərkən parlamentli üsul-idarəsinə keçidi nəzərdə tutmuram. Yəni prezident idarəetmə sistemində parlament idarəetmə sistemi haqqında danışmıram. Məsələn, Ermənistanda və Gürcüstanda parlamentli respublika üsul-idarəsidir. Türkiyə əksinə, parlament üsul-idarədən prezident üsul-idarəsinə keçid etdi. Bizdə də müharibə vəziyyətidir və ölkəmizdə prezident üsul-idarəsinin qalmasına böyük ehtiyac var. Eyni zamanda güclü parlament və güclü prezident hakimiyyəti tandemi də qarşıda duran əsas məsələlərdən biri ola bilər.

- Bəzən belə iddialar səslənir ki, hakimiyyət daxilində olan maraqlı qüvvələr prezidentin həyata keçirdiyi islahatlar kursuna maneə olur, hətta bəzən sabotaja belə əl atırlar. Siz, belə meylləri müşahidə edirsinizmi?

- Sözsüz ki, “susqun müxalifət” deyilən bir yanaşma mövcuddur. Hər bir hakimiyyətin daxilində “susqun müxalifət” deyilən anlayış var. Onlar bu səpkili prosesləri bəyənmirlər, amma səslərini də çıxarmırlar. Nə təklif irəli sürürlər, nə də etiraz edirlər. Bu mənada susqun müxalifətin olmasını istisna etmirəm. Amma Prezidentin komandası Prezidentin özü tərəfində seçilən komandadır. Ola bilsin ki, səriştə səviyyəsinə, peşəkarlıq keyfiyyətlərinə görə bir-birindən fərqlənən adamlar var. Lakin Prezidentin siyasi xəttinin əleyhinə çıxacaq adam görmürəm. Prezident siyasi iradəsini ortaya qoymağı və bunu ardıcıl sürətdə həyata keçirməyi bacaran şəxsdir. Bu nöqteyi-nəzərdən hakimiyyət daxili çarpışmalar və ya ziddiyyətlər, habelə hakimiyyətdaxili müxalifət anlayışı yox dərəcəsindədir. Qeyd etdiyim susqun müxalifətin olması isə mümkündür.

- Belə bir fikir var ki, Ermənistanda normal parlament seçkilərinin keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyən faktora çevrilir. Sizcə, belə bir diskomfort vəziyyəti varmı?

- Ermənistanda prezident idarəçilik institutundan imtina edərək parlament idarəçilik sisteminə keçdilər. Bu keçiddən sonra orada icra hakimiyyəti sistemi bütövlükdə parlamentin və baş nazirin əlinə keçdi. Prezidentin səlahiyyəti isə simvolik xarakter daşıyır və əsasən dövlətin təmsilçilik hüququnu həyata keçirir. Ola bilsin ki, bu sistem Ermənistanda müəyyən effekt verə bilər. Ancaq müharibə vəziyyətində olan, zəngin etnik tərkibi, qonşuları ilə normal münasibəti olsa da, onlardan təzyiqlər alan Azərbaycan güclü Prezident hakimiyyətini qoruyub saxlamağa məhkumdur. Bunu dəyişdirib parlamentar üsul idarəyə keçmək və ya Prezident səlahiyyətinin parlamentlə baş nazir arasında bölməyə getmək xatalı bir gediş olardı. Bu mənada Ermənistanın buna getməsinin nümunəvi xarakter daşıdığını söyləyə bilmərəm.

- Ötən həftə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı tamam oldu...

- Ramiz Mehdiyev həm Heydər Əliyev hakimiyyətdə olduğu illərdə, həm də İlham Əliyevin dövründə hakimiyyətin bel sütunlarından birini təşkil edib. Kifayət qədər siyasi təcrübəsi, böyük peşəkarlığı, yüksək intellektual səviyyəsi bu şəxsi Prezident komandasında daima fərqləndirib. Bu gün Azərbaycan dövlətçiliyinin qurulmasında, onun uğurlarında Ramiz Mehdiyevin sanballı xidmətləri var. O səbəbdən də hesab edirəm ki, Ramiz Mehdiyev həm sovet dövrünün, həm də postsovet dövrünün ən uğurlu siyasətçilərindən biridir, müstəqil Azərbaycanın yaradılmasında Heydər Əliyev və İlham Əliyev kimi şəxsiyyətlərlə yanaşı durmağa nail olan şəxsdir.

- Ermənistanla Azərbaycan arasında sonu görünməyən danışıqlar davam edir. Tərəflər Vyanada və Moskvada görüşlər keçirdi. İndisə məlum olur ki, Vaşinqton xarici işlər nazirlərinin növbəti görüşünə ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edir. Danışıqların indiki mərhələsini necə dəyərləndirirsiniz?

- Müşahidəm göstərir ki, Qərb, ilk növbədə ABŞ Qarabağ probleminin həllini istəsə də, onun istədiyi həll variantı tamamilə Azərbaycanı qane etməyə də bilər. Amma ABŞ Rusiyadan fərqli olaraq maraqlı və pozitiv mövqe sərgiləməkdədir. Proseslərin getməsi təəssüflər olsun ki, hələ də Rusiyanın əlindədir. Ermənistan Rusiyanın bir quberniyası, Baş nazir Paşinyan Moskvanın əlaltısı kimi problemin həll edilməməsi və irəliləyişlərin əldə edilməsində maraqlıdır. Bu, Moskvanın mövqeyidir və onlar bu məsələdə beynəlxalq hüquq normalarını, BMT-nin konfliktlə bağlı qətnamələrini saya saymamaqda davam edir. Bir-birindən fərqlənməyən əndrabadi təkliflərlə çıxış etməklə problemi dondurulmuş şəkildə saxlayır və status-kvonun dəyişməsinə mane olurlar. Odur ki, Vaşinqtonda görüş keçirilsə, bu görünməz vasitələrlə, yəni Ermənistanın simasında Kremlin nəzarəti altında olacaq. Nə qədər ki, Moskva bu işdə hökm-fərman sahibidir, irəliləyişin əldə edilməsi və sülh səviyyəsinə çatma, konfliktin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi mümkün olmayacaq.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Lətif 2019-04-24 08:00:41

Hər şeydən əvvəl Azərbaycan öz yerini təyin etməlidir.Bir gün Rusiyaya,səhəri Türkiyəyə,o birisi gün Avropaya yönəlmək yanlış siyasətdir.Bunun nəticəsidir ki, 26 ildir Qarabağ məsələsi dalana dirənilib,İqtisadiyyat,sənaye,sosial məsələlər bərbad vəziyyətdədir.

Akbercan 2019-04-24 08:00:41

Yuyulmayan bircan da ozyan Agsaqqalinin postuna talasir?

Asli Qarabagli 2019-04-24 08:00:41

Keremleri de yandirdilar, BMT TSnin operativ Qarabag hellinden 25 il da kecdi, satqin siyaset Azerbaycanda birce musteqil huquqi iradesi olan vetendasi secib uze cixara bilmedi.

Cəmşid Dərələyəzli 2019-04-24 08:00:41

üzr istəyirəm fikir yarımçıq qaçdı. Misal üçün Məhkəmə-hüquq sistemi ilə bağlı sonuncu fərman. Bu fərmanın icrası səhv etmirəmsə Məhkəmə və Hüquq şurasına həvalə edilib və Cənab Prezidentin həmin qurumda bir qaynar xəttin yaradılması ilə bağlı da sərəncamı oldu. həmin qaynar xəttə ilk müraciət edənlərdən biri oldum. Keçmişdəki kimi bir həftə sonra məktub aldım ki, mənim müraciətim şikayət etdiyim qurumlara göndərilib, onlar mənə cavab verəcəklər. Sanıram öncə bu qurumların rəhbərləri dəyişməlidir.

Cəmşid Dərələyəzli 2019-04-24 08:00:41

Qabil müəllim, təbii ki Cənab Prezidentin ölkədə bütün sahələrdə islahatlara getməsi təqdir edicidir və bu vətəndaşlar tərəfindən yüksək dəstəklənir.Lakin burada bir məsələ var ki, bu islahatların icra exanizmi primitivdir və ona görə də qarşıya qoyulan hədəflərə ulaşmaq zaman aparır. Sadə bir misal. Sonuncu islahat fərmanı Məhkəmə və Hüquq

Merkezi Qarabagli 2019-04-24 08:00:41

Son 30 ilda IKI milyon Ermenistandan ve sayi artiq IKI milyonu kecmish Qarabagdan qovulmush ailelerin INSANi huquqlarini kenara qoyub vezife islahatina namizedlerin tehlili isgalcilara daxili destekdir, Cenab Qabil Huseynli?

TARİX 2019-04-24 08:00:41

QABİL MÜƏLLİM MƏNİM AZ.PU. MÜƏLLİMİM OLMUSUNUZ.BƏZİ MÜƏLLİMLƏRDƏN FƏRQLİ O0LARAQ TƏMİZ İNSAN OLMAQLA ÖZ VƏZİFƏNİZƏ MƏSULİYYƏTLƏ YANAŞAN MÜƏLLİMSİNİZ.SİZ DƏRSLƏRİNİZDƏƏ ƏDALƏTLİ VƏ DÜZGÜN OLMAĞI BİZLƏRƏ TƏLQİN ETMİSİNİZ.DÜŞÜNCƏMƏ GÖRƏ MÜƏLLİM KİMİ ÖLKƏMİZƏ COX XEYİR VERƏRSİNİZ NƏİNKİ SİYASƏTCİ KİMİ.

ONA GÖRƏ DƏ AZƏRBAYCANIN BELİ ƏYRİ QALIB... 2019-04-24 08:00:41

“RAMİZ MEHDİYEV BEL SÜTUNLARINDAN BİRİDİR…” – “Hakimiyyət daxilində susqun müxalifət ola bilər”

kamran 2019-04-24 08:00:41

---------

Elli 2019-04-24 08:00:41

bunun məqsədi .... deputatların sayına gələndə isə məncə 80 nəfər bəsdir bu balaca, xeyli hissəsi işğal olunmuş, bu başından o başına 3 saata gedilən ölkəmizə. Yığcam və çevik.

antiAbu 2019-04-24 08:00:41

Hanı bu kadr islahatları? Vəzifə eşqi ilə alışıb-yandığı, lakin vəzifəyə təyin edilə bilmədiyi 1993-1995 – ci illərdə işlədiyi Fizika İnstitutunun Kriogen Korpusunda Heydər Əliyevin ünvanına nəlayiq sözlər söyləmiş, 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində bütün rayon İcra Hakimiyyətləri Başçılarının və Bakı Şəhər İcra Hakimiyyətinin bütün sturukturlarının qarşısında özünü “iyrənc rüşvətxor” adlandırmış və özü haqqında söylədiyi bu fikirlərə görə Qənimət Zahidin tələsinə düşmüş, sonra Qənimətlə dil tapandan sonra “Azadlıq” qəzetində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə qarşı 2011-ci ildə “Mehdiyevin meri bitirmək planı”(30 noyabr), “Abutalıbov oliqarxların məngənəsində”(1 dekabr), “Mehdiyevlə Abutalıbov arasında “dəfn mübahisəsi””(7 dekabr) məqalələrini çap edirmiş, indiki dövrünü Lev Tolstoyun qocalığına bənzədən... kağızı “Gündəlik Azərbaycan” qəzetinin 02.12.05 sayında çap olunmuşun, Baş nazirin müavini vəzifəsində işləməsi kadr islahatıdırmı? Bəlkə, öz şəxsi maraqları naminə qanunsuz işdən azad olmam barədə Prezidentə yazdığım 2030 məktubun (2030-cu məktub 08.08.2018 tarixli M-6919 saylıdır) araşdırılmasına imkan verməyən, “Mur-Ay” dələduzlarının himayədarı Zeynal Nağdəliyevin Prezident Administrasiyasında şöbə müdiri işləməsi kadr islahatıdır? Məhkəmə iclaslarının protokollarını saxtalaşdıraraq sifarişli məhkəmə qərarları çıxartmaq üzrə tanınmış hakim Şərafət Məmmədova kimilərinin məhkəmə sistemində vəzifəsinin böyüdülməsi məhkəmə islahatıdırmı? Siz nə vaxt səmimi olacaqsınız? Siz işdən azad olunandan sonra Fəlsəfə İnstitutunda mənə əl verdiz, mən Sizin əlinizi sıxmadım və üzünüzə dedim ki, Heydər Əliyevə .... adamla mən görüşmürəm.

Geber 2019-04-24 08:00:41

İnğilis parlamentindəki debatlar :dağ kecisi ilə ayi ovundan sonra dərisi soyulub əti bölünüb , kababi yeyilib və bundan 100 il sonra : yalniz tortla kofe icmək mərasimi ovqati haqdadir. qəhvə və mürəbbə ovqatinda olan ağ adamlarin adət ənənələrini , hələ dərisi soyulmamiş adi da bəlli olmayan ov ovqatinda olan insanlara tətbiqi ağil zəifliyi haqda ovqatdir Vallah utaniram bunu yazmaqa . Ovğar insanlar ritorikasi kubar sözlərlə də olsa yamaqi tez cirar. ağqulaqlini otmək haqda düşünmək lazimdir

GEBER 2019-04-24 08:00:41

Məqalənin parlament seckiləri haqda hissəsi : yeni qaydaar və təkliflər hal hazirda üzümüzə əsəsn qasirqali kuləklər qabağinda yarpaqlar haqqinda ucuncu dərəcəli işlərdir. Parlament seckiləri hesab edirəm , ki bir kənddən on bir nəfər kibernetika üzrə alim axtarişidir. Parlamentdəkilərlə cöldəkilər arasinda fərq yoxdur ,nəticə hissəsində də olmayacaq . Lazimi bütün qanunlar vardir yeniləri isə lazimsiz qanunlar ücünmü axtarilir ? Məsələn istənilən kostyum qalstuk taxan yalniz seckidən danişir

Yengibar 2019-04-24 08:00:41

Hörmətli Azpolitika,bir daha qeyd edirəm ki, bu kişini rəhmətlik Heydər Əliyev...

Cavad 2019-04-24 08:00:41

82 yaşlinsanın ölkənin bel sütunu olanda ölkə ayaq üstə necə dura bilər? Axı pensiya yaşı 60-dır!

BEYQOCA 2019-04-24 08:00:41

Qabil Huseynli ozune Parlamentde yer duzeldir ve onun serhinden gorunur ki MUSAHİBE SİFARİSLİDİR!

edalet 2019-04-24 08:00:41

deputatlarin sayini 150 -yox 100-e endirmek lazimdir,belke bir az da ashagi

Qabil Hüseynliyə 2019-04-24 08:00:41

Səmimi yazı deyil! Burada hakimiyyətə və bəzi şəxslərə yaralılıq göstərmə cəhdları aydın görünür.Azərbaycan qərblə ciddi münasibətlər qurmasa həmişə Rusiyanın köləsi olacaq.Bir dqqət edin: Rusiya Ermənistanda hərbi bazalara və böyük təsir qüvvəsinə malik olduğu halda Azərbaycanın Dağlıq Qarabağ məsələsinə hansı köməyi göstərər? İnsanda gərək loqika olsun. Rusiyada Putindən medal,orden alan yetkilimiz kimə xidmət edir? Belə bir halda gələcəyimiz qaranlıq görünmürmü? Təriflənəcək hansı işimiz var?

Vətəndaş 2019-04-24 08:00:41

Qabilin sözündən,belə qərara gəldim ki, o özünə vəzifə axtarır? Deputatların sayını artırmağa gəldikdə isə, onların sayını artırmaq yox, əksinə azaltmaq lazımdır 50- nəfər bəsdir ? Hansı deputat nə iş görübdür ? Həqiqəti danışmaq lazımdır, PA-da əhalinin şikayətinə baxılmır, məmurlara yalnız xidmət edirlər. PA-nın Regional şöbə vətəndaşın şikayətinə baxmaq iqtidarında deyil, o şöbədə birinci növbədə islahatlar aparılmalıdır ? Vətəndaşın şikayətinə baxılmaması nə deməkdir Qabil müəllim !

fikrət 2019-04-24 08:00:41

Qabil müəllim, qabaqa yəni irəli ğedəcəksiz

Geber 2019-04-24 08:00:41

Hesab edsurəm , ki ağ adamlarin Avropada teatral parlament səhnələrinə adekvat teatr səhnəsi qura bilməməzlimizin əziyyətini hələ şox çəkəcəyik. Teatr o halda həyata təsir edir , ki teatr həyatin özündən ğüclü olsun. O vəziyyətdəyik , ki bir təlxəki Ukrayna kimi millətə başci etdilər və bu turpu ruslara və bizlərə bəhməz yerinə yedirtmək istəyirlər. Axi ağlimizin zəifliyindən bu baş verir , tədbir ğörməsək bir ğün , də təlxək Fərda vəya manislar bizlərdə başda olacaqlar . ki demokrat sayilaq Qalustyan at

Son yazılar