Xodorkovski rusları Putin rejiminə qarşı küçələrə çıxmağa çağırdı

Rusiyalı biznesmen, keçmiş siyasi məhbus Mixail Xodorkovski həmvətənlərini Kremlin Ukraynaya qarşı elan olunmamış müharibə aparmasına etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.

Xodorkovski öz saytında yerləşdirdiyi çağırışda yazır: "Biz Ukrayna ilə müharibə aparırıq. Əməlli-başlı. Ora əsgər və texnika göndəririk. Ukraynalılar yaxşı döyüşür, amma geri çəkilir. Qüvvələr, əlbəttə ki, bərabər deyil.

Belə şəraitdə bizim hakimiyyət aramsız olaraq yalan danışır. 80-ci illərdə Əfqanıstan, 90-cı illərdə Çeçenistan haqqında danışdıqları kimi, indi də Ukrayna haqqında yalan danışırlar.

Biz isə hər iki tərəfdən dünənki hərbçi yoldaşlarımızı, dostlarımızı və yaxınlarımızı dəfn edirik. Onlar bir-birlərini ona görə öldürmürlər ki, belə istəyirlər. Ona görə öldürürlər ki, qocalmış hakimiyyətə qan lazımdır”.

Xodorkovski hesab edir ki, Rusiya vətəndaşları müharibəni dayandıra bilərlər: “Sadəcə küçələrə çıxmaq və tətillə hədələmək kifayətdir. Hakimiyyət dərhal geri çəkiləcək, o qorxaqdır. Amma yox, biz özümüzü inanmış kimi göstərəcəyik və dəfn mərasimlərində ağlayacağıq. Mən daha susmaq istəmirəm və susmayacam!”. /azadliq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar