Misir prezidentinin fəaliyyət müddəti uzadılıb

Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.

RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.

Düzəlişlərə seçicilərin 88,33% səs verib. Seçkilərdə iştirak 44,33% təşkil edib", - deyə komissiya sədri Qahirədə keçirilən mətbuat konfransında bildirib.

Bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb.

Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir. Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.

Belə görünür ki, ABŞ-ın adamı olan, hərbi çevrilişlə hakimiyyətə gətirilən Əs-Sisi Misirdə yeni bir diktatura rejimi qurur. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar