“Putin yalnız bir şeydən qorxur...” - Prezidentin keçmiş müşaviri

“Putinin qorxduğu yeganə şey – Rusiya silahlı qüvvələrinə qarşı hərbi gücün tətbiqidir”. Musavat.com-un məlumatına görə, bu sözləri Rusiya prezidentinin iqtisadi siyasət üzrə sabiq müşaviri Andrey İllarionov Zaltsburqdakı konfransda çıxışı zamanı söyləyib.

“Putin Ukraynaya silah-sursat göndərilməsini dayandırmağa hazırlaşmır. Sanksiyalar da heç bir formada onun davranışına təsir göstərmir”, - deyə o qeyd edib. Keçmiş müşavirin təsəvvürünə görə, Kremldə artıq arxada qalan soyuq müharibəni “üçüncü dünya müharibəsi” hesab edirlər, hazırda Ukraynada baş verənlər isə - “anlqosakson dünyasına qarşı dördüncü dünya müharibəsidir”.

“Rusiya prezidentinin mövqeyi belədir ki, Ukraynadakı dinc nizamlanmanın yalnız iki variantı var: ya Krım kimi Ukrayna da Rusiyanın nəzarətinə keçir, ya da o, müstəqil dövlət kimi mövcudluğunu dayandırır” – əlavə edib İllarioniov.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar