Sem Smitin Bakı konserti ləğv olunub

Sem Smitin aprelin 27-də Bakıda “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar