Bu valyuta bir günə 26%-dən çox ucuzlaşdı

Dərc olunub: 24/04/2019 - 11:43

pul_venesuellaVenesuelanın milli valyutası – bolivar bir gün ABŞ dolları qarşısında 26,4% ucuzlaşıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, aprelin 22-də bu ölkədə 1 dollar 4 113 bolivara bərabər olub. Aprelin 23-də isə bu rəqəm 5 200 bolivara yüksəlib.

Qeyd edək ki, 2003-cü ildən Venesuelada valyuta əməliyyatları dövlətin sərt nəzarəti altındadır. Bununla belə, “qara bazar”ı ləğv etmək mümkün olmayıb. Bu bazarda dolların qiyməti rəsmi məzənnədən on dəfərlələ çoxdur.










loading...


Fikrinizi bildirin