DEPUTAT FEYZİYEV "QUSKA"nın OBYEKTİNİ 10 MİLYONA ALIB - Müğənninin adına...

"Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Avromed" dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.

İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.

Qeyd edək ki, tərəflər arasında alqı-satqı "Quska" həbs edilməzdən əvvəl - 2013-2014-cü illərdə həyata keçirilib. "AzPolitika.info" xatırladır ki, həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.

Almaniyada siyasi sığınacaq alan "Quska" ləqəbi ilə tanınan Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.

Yəni, deputat adının hallanmaması üçün ilk mərhələdə obyekt 3 fərqli adamın adına rəsmiləşdirib.  Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub.

Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də "Avromed"in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.

Rəsmi sənədlərdən isə məlum olub ki, obyektin faktiki rəhbəri Hüseyn Abdullayev olsa da, atası Abbas Abdullayevin adına olub.

Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.

Ancaq qəribə də olsa, müğənni Gülyaz Məmmədova istintaqın ortaya çıxardığı bu faktı təkzib etməyə çalışıb. Hətta istantaq materiallarında əks olunan bu faktın ictimailəşməsinə görə utanmadan mətbuatı  ittiham edib.

O, deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsinə aydınlıq gətirərkən kult.az-a bildirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur: “Yazılanların heç bir əsası yoxdur. Bu səbəbdən bu barədə danışmağa dəyməz”.

Müğənni Musavat.com-a açıqlamasında isə 10 milyonluq obyekti özünün aldığını iddia edib: “Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açıb-ağardılmasın. Ümumiyyətlə, son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”

Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirib: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.

Ancaq maraqlıdır, tanımadığı adamdan 10 milyonluq obyekti necə alıb? Və bu obyekt sonradan niyə Cavanşir Feyziyevin oğlu Orxanın adına keçirilib?

Belə görünür ki, bəzi müğənnilər özlərini ağıllı, ictimaiyyəti isə onların hər sözünə inanacaq qədər sadəlövh hesab edirlər...

AzPolitika.info 

 

 

635x100

Şərhlər

şəkili 2019-04-24 19:36:07

Şəkinin deputatları hamısı bu gündədir.................?

G.Məmmədovaya 2019-04-24 19:36:07

Bir sö deyəndə əvvəlcə düşünmək lazımdır.On milyon on manat və ya on min deyil! Müğənni 10 milyona necə sahib ola bilər ki, digər xərclərindən ( qazandığının 60-70 %-i onun paltarına.dəlləyinə gedir ) qənaət edib bu qədər pula sahib olsun? Səmimi izahat deyil!Əgər bu 10 milyon qazana bilibsə.bəs nə qədər vergi verib?Bu etirafınız inandırıcı deyil.

Əsgər 2019-04-24 19:36:07

Bu yazını yazan çox ehtimal ki,müəyyən faktlara istinad edib.Əgər belədirsə niyə hüquq mühafizə orqanları,Milli Məclis Feyziyevə bu 10 milyonun haradan əldə olunduğu ilə niyə maraqlanmayıb?Axı hətta deputat maaşı ilə bu günkü qimətlər daxilində yaşam məsrəflərini nəzrə almaqla Feyziyevdə bu qədər pul ola bilməz. Niyə mənbəi ilə maraqlanan yoxdurş

Pisi 2019-04-24 19:36:07

Cavansir feyziyev kimdiki ozbasina azerbaycanda derman firmasi aca ve sata

Vətəndaş 2019-04-24 19:36:07

Görəsən əbədilik qazanmış deputatlar bu qədər fantastik məbləğdə pulları haradan qazanırlar? Hi?

Səməd 2019-04-24 19:36:07

Bu artıq neçənci haldır ki, dövlət məmuru, nazir və ya deputat haqqında külli miqdarda vəsaitlə bağlı məhkəmə çəkişməsi və yaxud digər məlumat dərc olunur. Təbii bir sual yaranır ki, bu qədər vəsaitin haradan əldə edilməsi nəyə görə hüquq-mühafizə orqanlarını maraqlandırmır. Nə zamana kimi bu tip insanlar cəzasız qalacaq? Axı biz bir vətəndaş olaraq nə zamana kimi oğurlanmış pullarımızin həsrətini çəkəcəyik?! Ən geridə qalmış Afrika ölkəsində də bu baş vermir. Axı biz bu korrupsiya ilə hara gedirik?!

t.ədalət 2019-04-24 19:36:07

Cavanşir Feyziyev "topu qapıya çeresepi vurub".İzi itirmək üçün fırıldaq toru qurmaqdan çəkinməyib.Xarici ölkədə belə fırıldaq ustalarına dərman ticarətini heç vaxt tapşırmazlar.İkincisi,burda da sağalmaz xəstəlik olan yerliçiliyə rast gəlirik.İfasına hörmətlə yanaşdığım Gülyaz xanımın şəkililik etməsi,yerlisi olduğu üçün fırıldaq oyununun iştirakçısına çevrilməsi ikrah hissi oyadır.Tayfabazlar ve yerliçilik edənlərin etnik olması məlumdur.

EJDER 2019-04-24 19:36:07

HESAB EDIREM KI,,,AVROMED,,IN KITAY SKI DERMENLERI ELE SIZLERE QISMET OLAJAQVE X...WEFA TAPARSINIZ.HA HA HA .WEXSEN MENIM GULMEYIM GELER.BU X...LA NECE INKIWAF ETMEK OLAR,SARAKAZI CANI.ISLAHATLARI DERINLEWDIRMEM LAZIM...HERCEND,LAZIMI TAPMAQ MUWKUL MESELEDIR.BELKE BIR AZ ...HA HA HA

Şəkili 2019-04-24 19:36:07

Bir soruşan yoxdur ki, ay bala 10 - milyon sənə ardan olub ? Hala zəhmətnən 10-milyonu əldə etmək mümükün deyil ? Sən deputatsansa,təyin olunduğun rayonun əhalisinin dərdi-səri ilə maraqlanmalısan ? Yoxsa sənin deputat olmağından yalnız, köməkçin Akif Salamov yararlanıb,çünki heç olmasa ayda 1000 manat əmək haqqı alıb, çibiştana qoyur və s... Ümumi götürəndə Şəkidən xalqını qəlbən sevən deputat təyin olunmayıb, hamısı özlərini düşünürlər : - Yaqub Mahmudov, Əli Məsimov və Cavanşir Feyziyev, seçicisi ilə gör

Veteran 2019-04-24 19:36:07

Heec boyuk-kicik qalmayibeeee, spikerin de obyekti 10 milyonluq "siravi" deputatin da obyekti 10 milyonluq

Son yazılar