Neftçilər Xəstəxanasının baş direktoru vəzifədən getdi - Səbəbi bilinmir

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev öz istəyi ilə vəzifəsindən gedib. Bu barədə Medicina.az-a xəstəxanadakı mənbə məlumat verib.

Ü.Mirzəyev bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir.

Baş direktorun istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktor Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.

635x100

Şərhlər

kamran 2019-04-24 13:28:54

SƏBƏBİ ODUR Kİ "DOLYA" PLANINI YERİNƏ YETİRƏ BİLMİR.NEFTÇİDƏN PUL ALMAQ OLUR?

Son yazılar