"Hər kəs etdiyinin cəzasını almalıdır" - Türkiyə səfiri

“Uydurma erməni soyqırımını tanıyanları qınayırıq. Həqiqət yerini tapmalıdır. Türk millətinin tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı "dəyirmi masa"da deyib.

Səfir bildirib ki, ermənilərin Azərbaycan qarşı törətdiyi əməllər, cinayətlər qiymətini almalıdır: “Azərbaycanlı qardaşlarımıza qarşı etdiklərinə nə cavab verəcəklər? Türkiyəni soyqırım törətməkdə ittiham edənlərə demək istəyirəm ki, buyursunlar, araşdırsınlar. Yalanlar dünyadan silinməlidir. Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram. Hər kəs etdiyinin cəzasını almalıdır. Bu günə qədər 34 türk diplomatı ASALA tərəfindən qətlə yetirilib”.

Diplomat qeyd edib ki, Xocalıda qətliam törədənlər layiqli cavabını almalıdır: “Azərbaycanlıları qətlə yetirən erməniləri qəhrəman elan ediblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar