Baş nazirin müavini diaspor təşkilatlarını tənqid edib

"Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu yanlışdır".

ONA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar: "Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək".

Baş nazirin müavini qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib: "Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar. Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik".

635x100

Şərhlər

eldar 2019-04-24 14:12:50

ƏLİ MÜƏLLİM RUSİYADA DİASPOR RƏHBƏRİ ERMƏNİDİR. AĞADADAŞDIR BALADAŞDIR NƏDİR QIZINI ERMƏNİYƏ BERİB, ARVADI ERMƏNİ,YƏQİN Kİ ÖZÜ DƏ ERMƏNİDİR. BAX BU NİZİM MİLLƏTİN ZƏİFLİYİ VƏ ÇOX DƏHŞƏTLİ BİR OLAYDIR Kİ DÜŞMƏN QANI DAŞIYANLAR BİZİ İÇƏRİDƏN YEYİB DAĞIDIR.

S.Ənvərqızı 2019-04-24 14:12:50

Hörmətli Əli müəllim, televiziyadan məlum oldu ki, Şəkiyə gəlmisiniz ? Xoş gəlmisiniz , heç olmasa Şəkiyə gələndə bizi kimi dövlətini sevən vətəndaşların dərdi-səri ilə maraqlansanız yaxşı olardı ? Xalqın işərisinə çıxıb, camaatın dərdi-səri ilə maraqlanın,şikayətimizə baxan yoxdur, kimə dərdimizi deyək ?İcra Hakimiyyətinə gəlib, ordanda gedirsiniz? Belə hallar əksinə sosial narazılıq yaradır..Xahiş edirəm bizi qəbul edin.

Son yazılar