XİN-dən təyyarə açıqlaması - Video

xin-bina-teze“Azərbaycan qonşuları ilə münasibətləri korlamağa yol verməz"

İran səmasında, Natanz nüvə mərkəzi üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarə ilə bağlı məlumatlar gündəmdədir.

ANS-in araşdırmaları göstərir ki, həmin təyyarənin Azərbaycanın Naxçıvan bölgəsindən qalxdığını barədə iddalar əsassızdır.

ANS TV-nin məlumatına görə, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qeyd edib ki, İranla Azərbaycanın münasibətləri tarixi köklərə söykənir: “Çox yaxşı qonşuluq münasibətlərimiz var. Kimsə təxribat törətmək istəyirsə, bu, baş tutmayacaq. Artıq Azərbaycan qonşu ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir. Mehriban qonşuluq siyasətinin formalaşdırılması Azərbaycan siyasətinin prioritetlərindəndir. Heç bir üçüncü tərəf, heç bir dairələr Azərbaycanın qonşuları ilə münasibətlərinə xələl gətirə bilməz. Azərbaycan buna yol verməz”.

Azərbaycan Müdafiə Nazirliyi iddiaları qəti şəkildə təkzib edib.

Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı açıqlamasında bəyan edib ki, İsrail istehsallı “Hermes 450” tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatlar təxribat xarakterlidir. Onun fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: “Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar