Səudiyyə Ərəbistanı ABŞ-ın sanksiyalarını dəstəkləyib - İrana qarşı

Səudiyyə Ərəbistanının xarici işlər naziri İbrahim əl-Əssaf bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran neftinin satın alınmasına qarşı yönəlik sanksiyalarından istisnaların ləğvi barədə qərarı İran hakimiyyətinə təzyiq göstərmək üçün vacibdir. Onun sözlərinə görə, Ər-Riyad bu addımı bəyənir və Vaşinqtona minnətdarlığını bildirir.

Səudiyyənin «SPA» xəbərlər agentliyi xatırladıb ki, Səudiyyə hakimiyyəti İranı terrorçuluğun sponsoru hesab edir. Bu ölkə öz resurslarından təhlükəli siyasəti maliyyələşdirmək üçün istifadə edir və bu zaman beynəlxalq hüququn prinsiplərini nəzərə almır.

«Krallıq ABŞ tərəfindən atılan addımları tamamilə dəstəkləyir və İran rejimini destabilləşdirmə siyasətindən, terrorçuluğu dəstəkləməkdən və maliyyələşdirməkdən əl çəkməyə məcbur etmək üçün vacib hesab edir» - XİN-nin xəbərində belə deyilir.

Bununla yanaşı Səudiyyə Ərəbistanı bazarlarda sabitliyə nail olmaq üçün bütün səyləri göstərəcəyini bəyan edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar