BP son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb

Dərc olunub: 24/04/2019 - 15:58

fe7f3016-7590-4d7d-9ba7-9d3e27e81ab6“Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

“Report” xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dollardan artıq investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir”, – deyə B.Aslanbəyli qeyd edib.










loading...


Fikrinizi bildirin