Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Dərc olunub: 24/04/2019 - 16:11

6eaf98e5-781e-4a33-91e1-216c2956ba48Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.










loading...


Fikrinizi bildirin