Qusarın Qullar kəndi susuz qalıb – “Mehriban xanımın tapşırığı ilə su verilmişdi…” (FOTO)

Dərc olunub: 24/04/2019 - 17:04

20190424_170103Qusar rayonunun Qullar kəndinin sakinləri öz əkin sahələrini suvara bilmirlər. Baxmayaraq ki, Samir-Abşeron su kanalı məhz bu kəndin ərazisindən keçir.

Sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, kəndin su problemi ötən ildən yaranıb. Belə ki, 2006-cı ildə kənd sakinlərinin müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə kəndin su probleminin həll olunması məqsədilə Samur-Abşeron kanalının qarşısına beton bənd vurulub, nəticədə Qullar kəndi su ilə təmin olunub.

Lakin 2018-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Mehriban Əliyevanın tapşırığı əsasında vurulmuş bəndi 50 santimetr aşağı salıblar. Bundan sonra kəndə su çıxmayıb.

Sakinlər onu da əlavə ediblər ki, Samur qəsəbəsinin çirkab suları Samur-Abşeron kanalına axıdılsa da, bu onların suyunu kəsən Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyini narahat etmir

Qullar sakinləri saytımız vasitəsilə əlaqədar qurumlara, həmçinin ölkə rəhbərliyinə müraciət edərək, kəndin su probleminin həlli üçün tədbirlər görməyə çağırıblar.

20190424_17010320190424_17012820190424_170035








loading...


Fikrinizi bildirin