Ukrayna Sovet kəşflərinin sirr saxlanılmasına dair sazişdən çıxıb

Dərc olunub: 24/04/2019 - 17:40

905cc04d0bc3ff1Ukrayna hökuməti kəşflərin hüquqi müdafiəsi sahəsində dövlətlərarası sirlərin qarşılıqlı qorunub-saxlanılmasının təminatına dair sazişdən çıxmaqla bağlı qərar qəbul edib.

ONA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, sazişdən çıxmaq təşəbbüsü müzakirəsiz qəbul edilib.
Qeyd edək ki, məlum saziş 1999-cu il iyunun 4-də Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. Sazişə əsasən, tərəflər Sovet kəşflərinin sirr saxlanılmasını təmin etməlidir.








loading...


Fikrinizi bildirin