BMT Təhlükəsizlik Şurası Ukraynaya görə təcili toplanır

BMT Təhlükəsizlik Şurası Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması məlumatları ilə əlaqədar təcili iclas keçirəcək.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TŞ-da sədrlik edən Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Mark Layall Qrant bəyan edib.

Bundan əvvəl Ukraynanın Baş naziri Arseni Yatsenyuk Ukraynada Rusiya qoşunlarının kəskin sürətdə artması ilə əlaqədar qərb ölkələrini Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar