FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb

Dərc olunub: 24/04/2019 - 19:42

0cdad057-e413-4dc9-bc79-fc9eadadeddaFİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

“Report” qurum saytına istinadən xəbər verir ki, bunlardan 7-si futbolçu, biri isə menecerdir.

Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib.








loading...


Fikrinizi bildirin