Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirilib

Sumqayıtda qətl hadisəsi törədilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

t.ədalət 2019-04-24 22:03:24

Nə qədər ki qətl edənlər edam hökmü ilə cəzalanmır, bu cinayətlərin qarşısı alınmayacaq.Qatillərə illərlə xərc çəkib həbsxanalarda saxlamaq növbəti cinayətlərə şərait yaratmaqdır.Qatilin nəyini islah edəsən?

Son yazılar