Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar