“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək

“Söküləcək “Təbriz” kinoteatrının ərazisi xüsusi mülkiyyətdə olan özəl torpaq sahəsidir. Bununla bağlı sahibkarda Əmlak Məsələləri Dövlət Komitəsindən çıxarış var”.

Bu barədə ONA-ya Nizami Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”.

Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakının Nizami rayonu ərazisində yerləşən "Təbriz" kinoteatrı 1970-ci illərdə "Sevinc" adı ilə fəaliyyətə başlayıb. Sonradan kinoteatr "Təbriz" adlandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar