Memarlar İttifaqının sədri İçərişəhər məsələsinə münasibət bildirmək istəmir

Dərc olunub: 25/04/2019 - 15:31

d37c134a-51d4-426b-a0c7-e259abb830c7Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

O, “Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: “Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.










loading...


Fikrinizi bildirin