"İşdən çıxarılmamışam"

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

X.Osmanova “Report”a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Bunlar hamısı yalan məlumatlardır. Mən təzyiq xəstəliyi ilə əlaqədar olaraq, aprelin 18-dən məzuniyyətə çıxmışam. Hazırda müalicə olunuram. Müalicə bitdikdən sonra yenidən iş başına qayıdacağam”.

X.Osmanova qeyd edib ki, hazırda Gimnaziyada onun vəzifəsini müvəqqəti olaraq Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov icra edir.

Qeyd edək ki, X.Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

635x100

Şərhlər

Agbirçək 2019-04-25 15:44:54

Məzuniyyətdə olanı nazirliyin əməkdaşı əvēz edir bəyəm?məktəbdə müavinlər yoxdur ki???torbada pişik var...nē şagirdlēr nə də müəllimlər Xuramandan razı xeyil!!!!!

Son yazılar